Basketbolçularımız Avropa çempionatının yarımfinalında

Basketbolçularımız Avropa çempionatının yarımfinalında

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda yarımfinala yüksəlib. Yığma buna B qrupundakı son oyunda San Marino seçməsinə 96:47 hesabı ilə qalib gəlməklə nail olub.

Növbəti mərhələyə qrup lideri kimi adlayan kollektiv finala gedən yolda Kosovo - Andorra cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.