Avropa çempionu olan millimiz Vətənə qayıdıb

Avropa çempionu olan millimiz Vətənə qayıdıb

Basketbol üzrə Avropa çempionatı C divizionunun çempionu olmuş qızlardan ibarət U-16 millimiz Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunda U-16 millimiz ev sahibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlubiyyət yaşamadan Avropa çempionu olub.

Bu çempionluq Azərbaycan qadın basketbolu tarixində bir ilkdir.