Dünən AFFA-nın inzibati binasında 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Sifariş kitabının hazırlanması müzakirə olunub. Toplantıda İşçi Qrupunun üzvləri və İngiltərədən dəvət olunmuş mütəxəssislər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2013-cü il tarixli Sərəncamı ilə 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Sifariş kitabının hazırlanması AFFA-ya həvalə edilib.