ABF hakimlik kurslarına start verib

ABF hakimlik kurslarına start verib

Azərbaycan Badminton Federasiyası hakimlik kurslarına start verib. Təlimin əsas məqsədi idmanın bu növü üzrə hakim hazırlığını təmin etməkdir.

Kurslara Bakı və bölgələrdən idman müəllimləri və digər mütəxəssislər cəlb olunub.

Təlimdə iştirakçılar idmanın badminton növü üzrə hakimlik fəaliyyəti ilə bağlı nəzəri və praktiki biliklərə yiyələniblər.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası hakim hazırlığı ilə bağlı təlimləri davam etdirəcək.