Maribor-2023: tennisçilərimiz qoşa yarışlarda məğlub oldular

Maribor-2023: tennisçilərimiz qoşa yarışlarda məğlub oldular

XVII Avropa Gənclər Olimpiya Festivalının tennis yarışları davam edir. Bu gün Nazim Məlikov və Tamerlan Kərimovdan ibarət komandamız qoşa yarışlarda mübarizə aparıb. Komandamız Kipr tennisçiləri ilə üz-üzə gəlib. Görüş rəqib komandanın qələbəsi ilə yekunlaşıb (2:0).