Yuri Syomin “Qəbələ”ni seçdi

Yuri Syomin “Qəbələ”ni seçdi

"Qəbələ” futbol klubunun baş məşqçisi Yuri Syomin Rusiyanın "Terek” klubundan gələn təklifi rədd edib. "Sport İnside” nəşrinin yazdığına görə, Syomini Qroznı komandasına Çeçenistan Prezidenti şəxsən özü dəvət edib. Lakin 66 yaşlı mütəxəssis "Qəbələ”də qalmağa üstünlük verib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ramzan Kadırov Yuri Krasnoyanı "Terek”in baş məşqçi vəzifəsindən istefaya göndərib.