U-21-in növbəti oyununun vaxtı müəyyənləşib

U-21-in növbəti oyununun vaxtı müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunun stadionu və qarşılaşmanın başlanma vaxtı müəyyənləşib. Yığmamız noyabrın 15-də, Bakı vaxtı ilə saat 20:00-da Skopye şəhərindəki "National Arena Filip II Macedonian” stadionunda Makedoniya komandası ilə qarşılaşacaq.