Azərbaycan cüdoçuları Maribor-2023-də növbəti medallarını qazanıblar - FOTO  YENİLƏNİB

Azərbaycan cüdoçuları Maribor-2023-də növbəti medallarını qazanıblar - FOTO  YENİLƏNİB

Bu gün XVII Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlara yekun vurulub. Cüdo yarışlarının dördüncü günündə oğlanlar arasında son iki təmsilçimiz tatami üzərinə çıxıb.

İdmançılarımız uğurla çıxış edərək komandamızın aktivinə 1 qızıl və 1 gümüş medal yazdırıblar.

Təmsilçilərimizdən Aslan Kotsoyev (-90 kq) 1/8 finalda Blin Kukaya (Kosovo), növbəti mərhələdə isə Nikita Afanasyevə (Latviya) qalib gələrək yarımfinala yüksəlib. İdmançımız finala vəsiqə uğrunda görüşdə xorvatiyalı Marko Baziçi mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə gürcüstanlı Saba Qveleşianini də məğlub edən Aslan Kotsoyev XVII Avropa Gənclər Olimpiya Festivalının qızıl medalına layiq görülüb.

Komandamızın Maribor-2023-dəki bayraqdarı Ramazan Əhmədovun (+90 kq) da çıxışı uğurlu alınıb. 1/8 finalda almaniyalı Kristian Vilhelmə qalib gələn Avropa çempionumuz növbəti mərhələdə yunanıstanlı İoannis Kostelidisdən üstün olub. Cüdoçumuz yarımfinalda Stefan Koviniçi (Montoneqro) də məğlub edərək həlledici görüşə vəsiqə əldə edib.Qızıl medal uğrunda final görüşündə türkiyəli İbrahim Tataroğluna məğlub olan cüdoçumuz gümüş medala sahib çıxıb.

Beləliklə, Azərbaycan cüdoçuları Maribor-2023-ün fərdi yarışlarını 3 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurublar. Komandamız bu nəticə ilə Gürcüstan və Rumıniyanı qabaqlayaraq EYOF-2023-ün qalibi olub.

Azərbaycan cüdoçuları Maribor-2023-də növbəti medallarını qazanıblar - FOTO  YENİLƏNİB Azərbaycan cüdoçuları Maribor-2023-də növbəti medallarını qazanıblar - FOTO  YENİLƏNİB Azərbaycan cüdoçuları Maribor-2023-də növbəti medallarını qazanıblar - FOTO  YENİLƏNİB Azərbaycan cüdoçuları Maribor-2023-də növbəti medallarını qazanıblar - FOTO  YENİLƏNİB