MOK-un əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi oldu

MOK-un əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi oldu

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib. Qaliblər arasında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva da var.

Qeyd edək ki, 4 ay davam edən müsabiqədə iştirak edən 13,474 namizəddən ən yüksək bal toplayan 22 nəfər qalib adını qazanıb. Xüsusi olaraq vurğulamaq istərdik ki, Səkinə Vəliyeva ümumi xal toplamında 22 nəfər arasından 5-ci yerdə qərarlaşıb. Ümumilikdə isə qaliblərdən cəmi 4-ü qadındır.

Səkinə Vəliyeva 2012-2015 ci illərdə xaricdə təhsil üzrə dövlət proqramının qalibi olaraq Böyük Britaniyanın “Mancerstr” Universitetində bakalavr təhsil alib. Milli Olimpiya Komitəsinin marketinq idarəsində məsləhətci kimi işə başlayan Səkinə Vəliyeva 2022-ci ilin avqust ayından həmin şöbənin rəhbəri vəzifəsinə təyin olunub. Səkinə Vəliyeva eyni zamanda Beynəlxalq Olimpiya Komitəsinin xüsusi komissiyasının ən gənc üzvü olub.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Proqramın intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların stimullaşdırılması və ölkədə güclü kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olunur.

Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (//yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

MOK-un əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi oldu