Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB

Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB

Bu gün Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulub. EYOF-2023-ün sonuncu günündə cüdoçularımız qarışıq komanda yarışlarında güclərini sınayıblar. 22 ölkənin mübarizə apardığı komanda yarışlarında Azərbaycan 10 idmançı ilə təmsil olunub.

İlk mərhələdən azad olan komandamız 1/8 finalda Xorvatiya yığmasına qalib gəlib -4:2. Növbəti mərhələdə Ukraynadan güclü olan (4:3) komandamız yarımfinalda Gürcüstanı eyni hesabla məğlub edib -4:3. Finalda Türkiyə yığmasına uduzan (2:4) cüdoçularımız komanda hesabında festivalın gümüş medalını qazanıblar.

Beləliklə, Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 3 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vurub.

Komandamıza bütün medalları cüdoçularımız qazandırıblar. Təmsilçilərimizdən fərdi yarışlarda Vüsalə Hacıyeva (-48 kq), Xədicə Qədəşova (-52 kq), Aslan Kotsoyev (-90 kq) qızıl, Süleyman Şükürov (-73 kq), Ramazan Əhmədov (+90 kq) gümüş, Nihad Məmişov (-50 kq), Ayxan Mirzəzadə (-55 kq), Məhəmməd Musayev (-60 kq) və Cəsur İbadlı (-66 kq) isə bürünc medal əldə edib. Cüdo üzrə qarışıq komandamız isə ikinci yeri tutmaqla ölkəmizə EYOF-2023-ün sonuncu medalını qazandırıb.

Festivalı 10 medalla başa vuran Azərbaycan komandası medal sıralamasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, festivalın bağlanış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:30-da Maribor şəhər meydanında təşkil olunacaq. Mərasimdə Azərbaycan komandasının bayraqdarları EYOF-2023-ün cüdo yarışlarının qalibi Vüsalə Hacıyeva (-48 kq) və üzgüçümüz Səid Həmidov olacaq.

Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu - FOTO  YENİLƏNİB