Millimiz bu gün Cəbəllütariq yığması ilə qarşılaşacaq

Millimiz bu gün Cəbəllütariq yığması ilə qarşılaşacaq

Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun oyunları davam edir.

Bu gün qrupda 3-cü pilləni tutmuş U-18 millimiz 5-9-cu yerlər uğurunda oyunda Cəbəllütariq yığması ilə qarşılaşacaq.

Oyun bakı vaxtl ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı sonuncu oyununda Moldova yığması ilə üz-üzə gəlib və rəqibinə 64-70 hesabı ilə məğlub olub.