Yığmamızın geriləmək təhlükəsi

Yığmamızın geriləmək təhlükəsi

FİFA noyabrda keçiriləcək yoxlama oyunlarının reytinqə nə dərəcədə təsir edəcəyini açıqlayıb. Azərbaycan milli komandasının Estoniya və Qırğızıstan yığmaları ilə səfərdə keçirəcəyi matçların da dəyəri bəlli olub.
Hər 2 rəqib zəif komanda olduğundan, üstəlik matçlar yoxlama xarakteri daşıdığından bu görüşlər heç də xeyrimizə olmayacaq. Hətta sonuncu rəqibimizin Asiya təmsilçisi olması da ziyanımızadır.
Bütün bunların nəticəsində Estoniya ilə noyabrın 15-dəki görüşdə qələbə 303, heç-heçə 101 xala bərabər olacaq. Asiya təmsilçisi ilə 4 gün sonrakı qarşılaşmada isə bu rəqəmlər, müvafiq olaraq, 139 və 46,5-ə bərabərdir. Bu isə ümumi reytinqə təsir edəcək.
Hazırda 407 xalla planetin 88-cisi olacaq Berti Foqtsun yetirmələri 2 qələbə qazansalar belə, geriləmək təhlükəsi ilə üzləşəcəklər. Çünki 2 qələbə birlikdə 407-yə bərabər olan xalımızı 399-a qədər azaldacaq. Nəticədə, təqribən 2 pillə geriləməyimiz gözlənilir. Çünki hazırkı siyahıda 399 xal yalnız 90-ci yer üçün yetərlidir. Düzdür, FİFA reytinqindəki qonşularımızın da xal itirməsi xeyrimizə ola bilər. 2 qələbə xalımızın azalmasına səbəb olacağı halda digər nəticələrin daha acınacaqlı olması qaçılmazıdır.