Karateçilərimiz Daşkənddə uğurla çıxış ediblər

Karateçilərimiz Daşkənddə uğurla çıxış ediblər

Özbəkistanın paytaxtı Daşkənddə karatenin şotakan növü üzrə dünya çempionatı keçirilib. 32 ölkədən 3125 idmançının iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamızın heyətində medal qazanan idmançılar arasında şəhid Muxtar Qasımlı adına İdman Mərkəzinin karateçiləri də yer alıblar.

İdman mərkəzinin yetirmələrindən Vüsal Seyidov (-65 kq) 18-21 yaşlı gənclər, Babək Qələmzadə (-84 kq) isə kişilər arasında gümüş medala sahib çıxıb.

Rauf Bayramov (+70 kq) 14-15 yaşlı gənclər, Xasay Məhərrəmov (+76 kq) 16-17 yaşlı idmançılar, Siyavuş Bayramov isə veteranların yarışda üçüncü yeri tutub.

İdman mərkəzinin veteranlardan ibarət komandası isə bütün rəqiblərini üstələyərək birinci yerə layiq görülüb.

Karateçilərimiz Daşkənddə uğurla çıxış ediblər Karateçilərimiz Daşkənddə uğurla çıxış ediblər Karateçilərimiz Daşkənddə uğurla çıxış ediblər Karateçilərimiz Daşkənddə uğurla çıxış ediblər Karateçilərimiz Daşkənddə uğurla çıxış ediblər Karateçilərimiz Daşkənddə uğurla çıxış ediblər Karateçilərimiz Daşkənddə uğurla çıxış ediblər Karateçilərimiz Daşkənddə uğurla çıxış ediblər