Basketbol millimizin rəqibləri müəyyənləşdi

Basketbol millimizin rəqibləri müəyyənləşdi

Qadın basketbolçular arasında keçiriləcək AVRO-2025-in seçmə mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə Azərbaycan millisinin də rəqiblərinin adına aydınlıq gəlib. Komandamız C qrupunda Belçika, Litva və Polşa kollektivləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, Qitə çempionatına Çexiya, Almaniya, Yunanıstan və İtaliya ev sahibliyi edəcək. Seçmə mərhələnin oyunlarına noyabrın əvvəlində start veriləcək.