“Mançester Yunayted” Runi ilə müqaviləni uzatmayacaq

“Mançester Yunayted” Runi ilə müqaviləni uzatmayacaq

"Daily Mail” nəşrinin məlumatına görə, "Mançester Yunayted” 2015-ci ilin yayında azad agent olacaq hücumçu Ueyn Runi ilə yeni müqavilə bağlamaqdan imtina edib. Belə ki, hazırda həftədə 250 min funt sterlinq qazanan İngiltərə milli komandasının üzvü maaşının artırılmasını tələb edib. Özü də Runi 5 illik müqavilə istəyib.
Amma "Mançester Yunayted”in rəhbərliyi Runinin oyunundakı irəliləyişə baxmayaraq, 28 yaşlı futbolçu üçün belə şərtləri qəbuledilməz hesab edib. Həmçinin klubun onu qışda satmaq niyyətində olmadığı bildirilir.
Xatırladaq ki, ötən yay "Çelsi” və PSJ Runini heyətinə qatmaq istəyirdi. Adıçəkilən futbolçu hazırkı İngiltərə çempionatında 8 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.