Rusiya Futbol İttifaqının baş katibi Anatoli Vorobyov ölkə milli komandasının noyabrda Birləşmiş Ərəb Əmirliklərində yoldaşlıq oyunları keçirəcəyi barədə xəbəri təsdiqləyib. Rusların, böyük ehtimalla, Türkiyə və Cənubi Koreya milliləri ilə qarşılaşacaqları gözlənilir. Türklərlə oyunun noyabrın 15-də, cənubi koreyalılarla qarşılaşmanın isə noyabrın 19-da keçirilməsi planlaşdırılır.