Antiterror tədbirlərində iştirak edən Avropa mükafatçımız

Antiterror tədbirlərində iştirak edən Avropa mükafatçımız

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərində iştirak edənlər arasında idmançıların da sayı az deyil. Onların arasında savat döyüş növü üzrə Avropa çempionatının bürünc mükafatçısı Sənan Babazadə də var. Gəncə Şəhər Polis İdarəsinin xüsusi təyinatlısı olan Sənan döyüşlərdə qolundan və başından yaralanıb. O, hazırda Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır.

Qeyd edək ki, Sənan Babazadə avqustun 31-dən sentyabrın 2-dək Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan savat döyüş növü üzrə Avropa çempionatında bürünc medal qazanıb. Asiya kubokunun qalibi olan Sənan həmçinin bu il “Xorvatiya Open” və “Macarıstan Open” turnirlərində də bürünc mükafata sahib olub. O, bundan başqa Heydər Əliyevin xatirəsinə həsr olunmuş respublika turnirinin qalibidir.