Beynəlxalq Atletlər Forumu başa çatıb

Beynəlxalq Atletlər Forumu başa çatıb

İsveçrənin Lozanna şəhərində keçirilən 11-ci Beynəlxalq Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumuna (IAF) oktyabrın 2-də yekun vurulub. 
Forumun ikinci günündə qarşıdan gələn Olimpiya Oyunları haqqında müzakirələr aparılıb, WADA və Beynəlxalq Test Agentliyinin nümayəndələri ilə təmiz idmanın əhəmiyyətini və rəqabət manipulyasiyasının qarşısının alınması haqqında geniş söhbət olunub. Həmçinin idmançıların mühafizəsi və təhlükəsizliyi haqqında da müzakirələr aparılıb, İdmanda Korrupsiyaya Qarşı Beynəlxalq Tərəfdaşlıq (IPACS) məsələlərinə də toxunulub. 
Forumun sonunda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirakçıların suallarını cavablandırıb. Bununla da  11-ci Beynəlxalq Atletlər Forumuna yekun vurulub.
Qeyd edək ki, Beynəlxalq Atletlər Forumunda ölkəmizi Azərbaycan Atletlər Komissiyasının sədri, Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu cüdoçu Rüstəm Orucov təmsil edib.

Beynəlxalq Atletlər Forumu başa çatıb Beynəlxalq Atletlər Forumu başa çatıb Beynəlxalq Atletlər Forumu başa çatıb Beynəlxalq Atletlər Forumu başa çatıb Beynəlxalq Atletlər Forumu başa çatıb Beynəlxalq Atletlər Forumu başa çatıb Beynəlxalq Atletlər Forumu başa çatıb