Olimpiya idman növləri üzrə yeni reytinq cədvəlini açıqlanıb

Olimpiya idman növləri üzrə yeni reytinq cədvəlini açıqlanıb

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin yeni reytinq cədvəlini açıqlayıb. Siyahının ilk pilləsində dəyişiklik olmayıb. Aktivində 610 xal olan bədii gimnast Zöhrə Ağamirova birinci pillədəki mövqeyini qoruyur. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir. Stend atıcılığı üzrə qarışıq yığma (MİX) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.