Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

Azərbaycan cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən cüdo üzrə Olimpiya təlim düşərgəsində iştirak ediblər. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən hazırlıq prosesində 20 ölkədən 200-dən çox idmançı iştirak edib.

Təlim-məşq toplanışında Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 16 üzvü hazırlıq keçib.

Cüdoçulara böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edib.

Təlim-məşq toplanışı noyabrın 3-5-də Fransanın Monpelye şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.