Bu gün Macarıstanın paytaxtı Budapeştdə karate üzrə dünya çempionatına start veriləcək. Oktyabrın 29-dək davam edəcək yarışda Azərbaycan millisinin üzvləri də qüvvələrini sınayacaqlar. Nüfuzlu yarışda ölkəmizi ümumilikdə 18 idmançı təmsil edəcək. Kumite yarışlarında Əminağa Quliyev (60 kiloqram), Tural Ağalarzadə (67 kiloqram), Fərid Ağayev (75 kiloqram), Turqut Həsənov (84 kiloqram), Asiman Qurbanlı (+84 kiloqram), Fidan Teymurova (50 kiloqram), Mədinə Sadıqova (55 kiloqram), Renata Ərəbli (61 kiloqram) və İrina Zaretska (68 kiloqram) mübarizə aparacaq.
Kişilərin komanda yarışlarında Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hər ikisi 67 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) də yığmaya qoşulacaq. Qadın karateçilərin mübarizəsində isə fərdi yarışlarda qüvvəsini sınayacaq təmsilçilər döyüşəcəklər.
Katada Roman Heydərov bacarığını nümayiş etdirəcək.
Parakaratedə məşqçilər heyəti Nihat Məmmədzadə, Eldar Əhmədov, Emiliya Mitlinova, Vidadi Xalıqov və Ariana Mitlinovaya güvənəcək.