“Böyük dəbilqə” turnirindən iki bürünc medal

“Böyük dəbilqə” turnirindən iki bürünc medal

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib. 77 ölkədən 450 (277 kişi, 173 qadın) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Yarışda 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunan komandamız turniri 2 bürünc medalla başa vurub. Yığmamızın heyətində Leyla Əliyeva (-48 kq) və Rəşid Məmmədəliyev (-73 kq) fəxri kürsüdə yer alıb.