Basketbol Liqasında ilk tur yekunlaşdı

Basketbol Liqasında ilk tur yekunlaşdı

Azərbaycan Basketbol Liqasında (ABL) birinci turun oyunlrına yekun vurulub. İlk tur çərçivəsində "Xırdalan" komandası "Şəki" ilə qarşılaşıb. "Sərhədçi" İdman Mərkəzində keçirilən oyun "Xırdalan" komandasının 102-78 hesablı qələbəsi ilə yekunlaşıb. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən "NTD-INDIGO" - "Sumqayıt" oyunu isə ev sahibinin 97-79 hesablı qələbəsi ilə başa çatıb.

İlk turun son oyunu "Gəncə" və "Sabah" komandaları arasında olub. Qarşılaşma paytaxt təmsilçisinin 115:74 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Cəlilabad" "Sərhədçi"ni (86:76), "Xəzri" isə "Neftçi"ni (80:73) məğlub edib.