"Xəzri" yenidən liderliyi ələ keçirdi

"Xəzri" yenidən liderliyi ələ keçirdi

Azərbaycan Basketbol Liqasında (ABL) 5-ci turun oyunlarına yekun vurulub. Noyabrın 26-da keçirilən turun son oyununda "Şəki" və "Xəzri" komandaları üz-üzə gəlib. Şəki Olimpiya İdman Kompleksində keçirilən oyunda “Xəzri” basketbolçuları rəqibinə 63:52 hesabı ilə qalib gəlib.