UEFA Avropa Liqasının qrup mərhələsinde V turun oyunlarına yekun vurulub. Qitənin ikinci nüfuzlu klub turnirində ölkəmizi təmsil edən "Qarabağ" komandası H qrupu çərçivəsində Norveçdə "Molde" komandası ilə qarşılaşıb. "Aker" stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. Oyunda hesabı "Qarabağ" komandası açıb. Görüşün 12-ci dəqiqəsində Juninyo baxımlı qolla "Köhlən atları" hesabda önə keçirib. Oyunun birinci hissəsində başqa qol olmayıb. İkinci hissəyə daha fəal başlayan meydan sahibləri matçın sonlarına yaxın istəklərinə nail olublar. Eriksen ardıcıl olaraq 82 və 87-ci dəqiqələrdə fərqlənməklə "Molde"ni hesabda önə keçirib. Lakin bu hesabla barışmayan Qurban Qurbanovun komandası 90+5-ci dəqiqədə tarazlığı bərpa edib. Bəhlul Mustafazadə qapı qarşısına ötürməni dəqiq toxunuşla tamamlayaraq "Molde" səfərində komandamıza çox vacib 1 xal qazandırıb. Komandamız bu nəticə ilə həmçinin UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.
Qrupun digər oyununda isə Almaniyanın "Bayer" klubu səfərdə İsveç təmsilçisi "Hekken"i 0-2 hesabı ilə məğlub edib.
Beləliklə, V turdan sonra "Qarabağ" klubu 7 xalla ikinci pillədə qərarlaşır. Komandamızla eyni xala malik olan "Molde" üçüncüdür. Bundestim təmsilçisi "Bayer" isə 15 xalla qrupa başçılıq edir.