Basketbol Liqası: favoritlər turu qələbə ilə başa vurdular

Basketbol Liqası: favoritlər turu qələbə ilə başa vurdular

Azərbaycan Basketbol Liqasında (ABL) 6-cı turun üç oyunu keçirilib. Gəncə Olimpiya İdman Kompleksində keçirilən oyunda yerli “Gəncə” komandası “Neftçi”ni qəbul edib. Oyun “Neftçi”nin qələbəsi ilə yadda qalıb -80:85.

"Sərhədçi" və NTD-İNDİQO komandaları isə Sumqayıt Olimpiya İdman Komilesində üz-üzə gəliblər. Qarşılaşma qonaqların 89:97 hesablı qələbəsi ilə əlamətdar olub.

Sumqayıt Olimpiya İdman Kompileksində keçirilən digər oyunda isə “Sabah” klubu “Cəlilabad”ı qəbul edib. Oyun “Sabah”ın 107:89 hesablı qələbəsi ilə başa çatıb.