Azarkeşin ürəyi dözmədi

Azarkeşin ürəyi dözmədi

 “Sakramento” və “Nyu Orlean” arasında keçirilən NBA mövsümlərarası turnirinin 1/4 final matçı zamanı (117:127) da azarkeş dünyasını dəyişib. Dekabrın 5-nə keçən gecə keçirilən görüşün əvvəlində tamaşaçının təcili tibbi yardıma ehtiyacı olub. Ürəktutması ilə təcili yardım dərhal müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb. ESPN-in məlumatına görə, ölən 30 yaşlarında kişi olub.