Rəqibimiz yenə uduzdu
Azərbaycan milli komandasının rəqibi olan Qırğızıstan yığması yoldaşlıq oyunu keçirib. Noyabrın 19-da millimizi Bişkekdə qəbul edəcək Sergey Dvoryankovun yetirmələri Küveytin U-21 yığması ilə qarşılaşıb.
Küveytin "Əl-Şəbəb” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri qalib gəliblər - 1:0. Ərəblər 2-ci hissənin ortalarında matçın taleyini həll edən qola imza atıblar.
Bu, rəqibimizin ardıcıl 3-cü məğlubiyyətidir. Qırğızıstan yığması oktyabrın 15-də Tacikistana 1:4, noyabrın 1-də İndoneziyaya 0:4 hesabı ilə uduzmuşdu.


