Olimpiya mükafatçısı UFC-yə gəldi

Olimpiya mükafatçısı UFC-yə gəldi

Taekvondo üzrə Olimpiya Oyunlarının bürünc mükafatçısı, ağır çəkili Robelis Despanye (4:0) Miles Benks üzərində nokautla qalib gələrək (3-1) UFC ilə müqavilə imzalayıb. Dekabrın 3-də ABŞ-ın Hyuston şəhərində baş tutan Fury FC 84 turnirində döyüş bir neçə saniyə ərzində başa çatıb. Döyüşdən sonra rinq diktoru Despanyerin UFC ilə rəsmi müqavilə imzaladığını açıqlayıb.

Qeyd edək ki, Despanye taekvondo üzrə London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O Katum Mulumbanı texniki nokautla məğlub edərək (0:1), MMA-da debüt edib. Ötən il Travis Qreqoireni (0:1) cəmi 12 saniyəyə mübarizədən kənarlaşdırmışdı. Bu il 35 yaşlı Despanier daha iki döyüş keçirib, hər iki döyüşdə o, vaxtından əvvəl qələbə qazanıb.