Konfransın gündəliyi açıqlanıb

Konfransın gündəliyi açıqlanıb


AFFA-nın növbəti konfransının gündəliyi açıqlanıb. Assosiasiyanın Nizamnaməsinə uyğun olaraq, konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezidenti tərəfindən komitənin fəaliyyəti haqqında hesabatın təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
Qeyd edək ki, toplantı martın 15-də saat 11:00-da, AFFA-nın inzibati binasında keçiriləcək.