“Gəncə” əzmkar qələbə qazandı

“Gəncə” əzmkar qələbə qazandı

Azərbaycan Basketbol Liqasının 7-ci turun növbəti oyun keçirilib. “Cəlilabad” komandası doğma meydanda “Gəncə”ni qəbul edib. Gərgin oyunda iki əlavə vaxt oynanılıb. Yerli komanda 14 xallıq fərqdən geri dönüş edib hesabda irəli çıxsa da, bu üstünlüyü əlavə vaxtın sonlarında əldən verib. Beləliklə, "Gəncə" oyunu 114:108 hesablı qələbə ilə tamamlayıb.