Azərbaycan Basketbol Liqası: “Sabah” liderliyə yüksəldi

Azərbaycan Basketbol Liqası: “Sabah” liderliyə yüksəldi

Azərbaycan Basketbol Liqasında XII turun oyunlarına yekun vurulub. Turun son oyununda "Şəki" və "Sabah" komandaları üz-üzə gəlib. Şəki Olimpiya İdman Kompleksində təşkil olunan oyun “Sabah” komandasının qələbəsi ilə başa çatıb -76:101. Paytaxt təmsilçisi bu qələbədən sonra xallarının sayını 13-ə çatdıraraq liderliyə yüksəlib. "Şəki" 7 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.