26 dəqiqəyə “0” nəticə

26 dəqiqəyə “0” nəticə

Milli Basketbol Assosiasiyasının (NBA) normal mövsümündə “Miluake Bucks” ilə səfər matçında "Çikaqo Bullz"un müdafiəçisi Ayo Dosunmu oyunu ilə diqqət çəkib.

26 dəqiqə 29 saniyəni meydançada keçirən basketbolçu xal, ribaund, assist baxımından “0” nəticə göstərib. “StatMamba”portalının məlumatına görə, oxşar statistikalar digər iki mərkəz oyunçusuna - Coel Entoni və Toni Snellə (2017-ci ildə) məxsus olub.

Xatırladaq ki, "Miluoki" - "Çikaqo" matçı əlavə vaxtda 133:129 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Dosunmu cəmi altı top atsa da, hamısını qaçırıb. Qey edək ki, buna qədər Ayo Dosunmu hər oyunda orta hesabla 6,1 xal, 1,6 ribaund və 1,7 məhsuldar ötürmə edib.