“Leykers” pankart hazırlayıb

“Leykers” pankart hazırlayıb

“Los Anceles Leykers” Milli Basketbol Assosiasiyasının (NBA) mövsümlərarası turnirində qələbələrini qeyd etmək üçün pankart nümayiş etdirəcək. Bu barədə tanınmış insayder Şəms Çaraniya sosial şəbəkə səhifəsində yazıb..

Qeyd olunur ki, banner əvvəlkilərdən fərqli olacaq. Pankart dekabrın 18-də NBA-nın adi mövsümündə evdə “Nyu-York Knicks” ilə görüşdə açılacaq.

Xatırladaq ki, liqa tarixində ilk dəfə keçirilən görüşdə “Leykers” “İndiana Peysers”ə 123:109 hesabı ilə qalib gəlib. “Leykers”in lideri Lebron Ceyms turnirin ən dəyərli oyunçusu seçilib.