Bakıdakı rəqibimiz bəllidir

Bakıdakı rəqibimiz bəllidir
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də səfərdə Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası qeyd olunmuş oyunlara hazırlıq məqsədi ilə martın 13-dən 26-dək təlim-məşq toplanışı keçirəcək.
Yeri gəlmişkən, yığmamızın daha bir yoldaşlıq oyununda rəqibi dəqiqləşib. Millimiz avqustun 14-də Malta yığması ilə üzləşəcək. Həmin oyun Bakıda olacaq.
Qeyd edək ki, yığmamızın bu il noyabrın 15-də səfərdə Estoniya yığması ilə yoldaşlıq görüşü keçirəcəyi açıqlanıb.