Çin və ABŞ atletləri də Bakıya gəlir

Çin və ABŞ atletləri də Bakıya gəlir


Xəbər verdiyimiz dekabrın 5-dən 8-dək Azərbaycanda ağırlıqqaldırma üzrə IWF Qran-Prix - II Beynəlxalq Bakı Kuboku yarışları keçiriləcək.
Ölkənin ağır atletika tarixində ilk dəfə Çin və ABŞ-dan olan idmançılar Bakıda keçiriləcək yarışda iştirak edəcəklər. ABŞ və Çin atletləri ilə yanaşı, Albaniya, İsrail, Almaniya, Avstriya, Moldova və Özbəkistan da yarışda iştiraklarını təsdiqləyiblər. Bununla da iştirakçı dövlətlərin sayı 23-ə çatıb.
İndiyədək Azərbaycan, Rusiya, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Bolqarıstan, Slovakiya, Serbiya, Ukrayna, Latviya, Qazaxıstan, Qırğızıstan, Rumıniya və Tacikistandan olan ağırlıqqaldıranlar Bakı kuboku yarışlarında iştiraklarını təsdiqləyiblər.
Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək Beynəlxalq Bakı Kuboku yarışında kişilər 62 və 69 kiloqram, qadınlar 53 və 58 kiloqram çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
İştirakçı ölkələr hər çəki dərəcəsində bir, Azərbaycan isə ev sahibi olduğu üçün 2 idmançı ilə təmsil olunacaq.