Kolbi bu dəfə Lebron Ceymsi təhqir etdi

Kolbi bu dəfə Lebron Ceymsi təhqir etdi

Qarışıq döyüş növləri üzrə döyüşçü amerikalı Kolbi Kovinqton bu dəfə bu dəfə “Los Anceles Leykers”in oyunçusu Lebron Ceymsi təhqir edib. O, Lebronu ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəfələrlə tənqid etdiyi üçün bu cür çıxış edib. “Amerikaya bu qədər nifrət edirsinizsə və sizə bir milyon dollar verən bu ölkəni bəyənmirsinizsə, çıxın gedin. Ya da gəl mən səni başa salım”, - deyə Kolbi bildirib.

Məumat üçün bildirək ki,  Leon Edvards – Kolbi Kovinqton qarşılaşması dekabrın 16-da ABŞ-ın Las-Veqas şəhərindəki “T-Mobile Arena”da keçiriləcək.