Basketbol Liqası: “Gəncə” qələbə qazandı

Basketbol Liqası: “Gəncə” qələbə qazandı

Azərbaycan Basketbol Liqasında VIII turun oyunları davam edir. Bu gün tur çərçivəsində daha bir oyun keçirilib. Günün yeganə matçında "Gəncə" komandası "Şəki" ilə qarşılaşıb. Oyun “Gəncə”nin qələbəsi ilə yekunlaşıb -78:66. Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "Gəncə" 6-cı pillədə qərarlaşıb. 8 xala malik qonaqlar sonuncu sıradadır.

Qeyd edək ki, tura dekabrın 17-də "NTD-İndiqo" - "Cəlilabad" görüşü ilə yekun vurulacaq.