Cüdoçumuz Priştinada üçüncü oldu

Cüdoçumuz Priştinada üçüncü oldu

Kosovanın Priştina şəhərində cüdo üzrə Açıq Avropa çempionatı keçirilib. “Köhnə qitə”nin 26 ölkəsindən 40 (25 kişi, 15 qadın) cüdoçunun iştirak etdiyi yarışda ölkəmizi Hidayət Heydərov təmsil edib. -73 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız Priştinada bürünc medal qazanıb. İdmançımız üçüncü yer uğrunda həlledici görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib.