Azərbaycan çempionatı: daha 4 çəki dərəcəsində qaliblər müəyyənləşdi

Azərbaycan çempionatı: daha 4 çəki dərəcəsində qaliblər müəyyənləşdi

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə Azərbaycan çempionatının ikinci yarış gününə yekun vurulub. Bu gün daha 4 çəki dərəcəsində 90 cüdoçu medal uğrunda qüvvəsini sınayıb. Qadınlarda 52 kq və 70 kq, kişilərdə isə 66 kq və 90 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gəlib. Gərgin mübarizə şəraitində keçən yarışda qadınlar arasında Zeynəb Məmmədova (52 kq) və Günel Həsənli (70 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə sahib çıxıb. Kişilərin yarışında isə Rəşad Yelkiyev (66 kq) və Elcan Hacıyev (90 kq) qızıl medala layiq görülüb.

Ölkə çempionatına sabah yekun vurulacaq.