NTD-İNDİQO qələbə qazandı

NTD-İNDİQO qələbə qazandı

Azərbaycan Basketbol Liqasında 8-ci turun oyunlarına yekun vurulub. Turun son oyunu Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunub. NTD-İNDİQO komandası doğma azarkeşləri önündə "Cəlilabad" klubu ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 108:93 hesablı qələbəsi ilə başa çatıb.