Əfsanəvi basketbolçu əməliyyat olundu

Əfsanəvi basketbolçu əməliyyat olundu

Əfsanəvi amerikalı basketbolçu Kərim Əbdül-Cabbar omba nahiyəsindən uğurla əməliyyat olunub. Bu barədə «Lakeshow» sosial şəbəkəsində məlumat yer alıb.

Xatırladaq ki, əfsanəvi basketbolçu dekabrın 15-də Los-Ancelesdəki konsertlərdən birində iştirak edib. “Los Anceles Leykers”in keçmiş futbolçusu təsadüfən yerə yıxılıb və sınıq xəsarəti alıb. Hadisəyə dərhal reaksiya verən həkimlər Kərimi müalicə üçün xəstəxanaya göndəriblər.

Qeyd edək ki, Əbdül-Cabbarın hazırda 76 yaşı var. O, Milli Basketbol Assosiasiyasının altıqat (1971, 1980, 1982, 1985, 1987, 1988) çempionudur. Iki dəfə NBA Finallarının «Ən dəyərli oyunçusu» (1971, 1985) seçilib. Kərim Əbdül-Cabbar  aktyor kimi 30-yaxın filmdə rol alıb. Onu məşhurlaşdıran ən uğurlu ekran əsəri əfsanəvi Bryus Li ilə çəkildiyi «Ölüm oyunu» filmidir.