Bu gün Avropanın son 4 təmsilçisi müəyyənləşəcək
Ötən həftə DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə pley-off mərhələsinin ilk oyunları keçirilib. Braziliyada keçiriləcək mundiala qatılmaq üçün mübarizəni davam etdirən 8 komanda ilk oyunlarına çıxıb.
Avropanın son 4 təmsilçisi olmaq iddiasında olanlar seçmə mərhələdə qrupda 2-ci yeri tutanlardır. Günün ən maraqlı qarşılaşması Portuqaliya ilə İsveç komandaları arasında olub. Planetin ən güclü futbolçularından olan Kriştianu Ronaldu ilə Zlatan İbrahimoviç Pireney yarımadasında üz-üzə gəliblər. Bu qarşılaşmada portuqaliyalılar minimum hesablı qələbəyə seviniblər. Daha bir ulduz - Frank Riberinin çıxış etdiyi Fransa yığması Ukrayna millisinin qarşısına çıxıb. Oyuna istədikləri kimi başlaya bilməyən qonaqlar məğlubiyyətlə üzləşiblər - 2:0.
Yunanıstan - Rumıniya komandalarının oyununda 4 qol vurulub. Meydan sahiblərinin 3 qoluna qonaqlar yalnız bir dəfə cavab veriblər. Digər oyunda İslandiya millisi Xorvatiya komandasını qəbul edib. Tərəflərin səyinə baxmayaraq, hesab sonadək dəyişməyib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu bu gün keçiriləcək.
Avropa zonası
Pley-off mərhələsi, ilk oyunlar
15 noyabr
Yunanıstan - Rumıniya - 3:1
Qollar: Mitroqlu, 14, 67, Salpinqidis, 21 - Stanku, 19.
Qırmızı vərəqə: Kostin Lazar, 90 (Ruminya).
Portuqaliya - İsveç - 1:0
Qol: Ronaldu, 82.
Ukrayna - Fransa - 2:0
Qollar: Fedetskiy, 70, Yarmolenko, 82.
Qırmızı vərəqə: Kuçer, 90 - Kosçielni, 90.
İslandiya - Xorvatiya - 0:0
Qırmızı vərəqə: Skulıason, 50 (İslandiya).


