Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Bu gün Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan Kubokunda 2023-24-cü illər mövsümünün püşkatma mərasimi keçirilib. Mart və aprel aylarında "Sərhədçi" İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 10 komanda iki yarımqrupda mübarizə aparacaq. Reqlamentə əsasən, qrup oyunları dairəvi sistem üzrə keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Püşkatmanın nəticələrini təqdim edirik:

A qrupu: "Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan", "Sumqayıt"

B qrupu: "Sabah", NTD-İNDİQO, "Sərhədçi", "Gəncə", "Şəki"

Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.