3X3 basketbol üzrə region birinciliyi təşkil olunub

3X3 basketbol üzrə region birinciliyi təşkil olunub

Lənkəran Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli” çərçivəsində 2008-2009-cu illər təvəllüdlü oğlan və qızlar arasında 3x3 basketbol üzrə region birincilyi keçirilib.

Yarışın açılış mərasimində əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər barəsində məlumat verilib.

2008-2009-cu illər təvəllüdlü oğlan və qızlardan ibarət 10 komandanın mübarizə apardı yarışda birinci yerə Cəlilabad komandası sahib çıxıb. Astara və Lənkəranı təmsil edən basketbol komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.

Qalib komandalar kubok, diplom və medallarla təltif olunublar.