“Sabah” vahid lideridir

“Sabah” vahid lideridir

Bu gün Azərbaycan Basketbol Liqasında 9-cu turun həm açılış, həm də mərkəzi oyunu təşkil olunub. "Sərhədçi” İdman Mərkəzində keçirilən günün ilk oyununda "Neftçi" və "Sərhədçi" üz-üzə gəlib. Bu görüşdə "Neftçi" 88:86 hesablı çətin qələbə qazanıb.

Günün ikinci oyununda liderlər qrupunda qərarlaşmış "Xəzri" və "Sabah" komandaları qarşılaşıblar. Gərgin oyunun yekununda 84:80 hesabı ilə sevinən tərəf "Sabah" olub.