Rəqibin heyəti açıqlandı
Noyabrın 19-da futbol üzrə Azərbaycan milli komandasının rəqibi olacaq Qırğızıstan yığmasının heyəti açıqlanıb. Asiya təmsilçisinin heyətinə 21 futbolçu çağırılıb.
Baş məşqçi Sergey Dvoryankov milliyə 3 legioner də dəvət edib. Bunlardan biri Ukraynada - Kiyev "Dinamo”sunda çıxış edən Axletdin İsrailovdur. Ondan başqa Qazaxıstan və Rusiyada çıxış edən 2 legioner də millimizə qarşı oynamaq imkanı əldə edəcək.
Rusiyalı mütəxəssis İndoneziyaya 0:4 hesabı ilə uduzan heyətdə ciddi dəyişiklik etməyib. Həmin 17 nəfərlik heyəti saxlayan çalışdırıcı bura 4 əlavə futbolçu daxil edib.
Qeyd edək ki, Qırğızıstan - Azərbaycan oyunu noyabrın 19-da Bişkek şəhərindəki "Dolen Omurzakov” adına stadionda təşkil olunacaq.
Qapıçılar: Pavel Matyaş, Maksim Zinçenko (hər ikisi "Dordoy”), Ruslan Amirov ("Abdış-Ata”);
Müdafiəçilər: Valeri Kiçin ("Ximik Dzerjinsk”, Rusiya), Tahir Avçiyev ("Abdış-Ata”), Davron Askarov, Farux Abitov, Elijah Aryee (hamısı "Dordoy”), Artur Muladjanov ("Alqa”);
Yarımmüdafiəçilər: Aziz Sıdıkov, Jırqalbek uulu Kayrat (hər ikisi "Abdış-Ata”), Vadim Xarçenko, Azamat Baymatov ("Dordoy”), Anatoli Vlasiçev ("Spartak”, Qazaxıstan), Axletdin İsrailov ("Dinamo” Ukrayna”), Kloud Maka Kum (Dordoy-2);
Hücumçular: Xurşit Lutfullayev, İldar Amirov (hər ikisi "Abdış-Ata”), Mirlan Murzayev, David Tette ("Dordoy”), İvan Filatov ("Alqa”).


