Tallinndə itirilən xallar
Azərbaycan milli komandası FİFA reytinqində xal itkisi ilə üzləşib. Noyabrın 15-də Tallinndə Estoniya yığması ilə yoldaşlıq oyunundakı 1:2 hesablı məğlubiyyət komandamıza mənfi təsir edib. Belə ki, reytinqdə 88-ci olan Berti Foqtsun yetirmələrinin hesabındakı 407 xal nəzərə çarpacaq dərəcədə azalıb. Tallinndəki məğlubiyyətdən sonra bu rəqəm 380-ə düşüb. Bir sözlə, komandamız uduzmaqla 27 xal itirib.
Planetin 99-cu komandası olan Baltikyanı ölkə təmsilçisi isə qələbə sayəsində ümumi balansa 336 xal yazıb. Bu isə reytinq cədvəlində əlavə 8 xalın qazanılması deməkdir. Bu oyundan əvvəl 351 xalı olan Estoniya indi 359 xala malikdir. Bu isə onu göstərir ki, rəqibimiz qalib gəlsə də yığmamıza çata bilməyib.


