"Sumqayıt" turu qələbə ilə başa vurdu

"Sumqayıt" turu qələbə ilə başa vurdu

Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib. Sumqayıt Olimpiya İdman Kompleksində ev sahibi komanda “Gəncə” ilə qarşılaşıb.

Görüş “Sumqayıt”ın 95:88 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, hazırda hər iki komandanın hesabında 12 xal var.