Basketbolçu qapıçı ilə formasını dəyişdi

Basketbolçu qapıçı ilə formasını dəyişdi

"Dallas Maveriks"in oyunçusu Luka Donçiç "Real"ın və Belçika millisinin qapıçısı Tibo Kurtua ilə formasını dəyişdirib.

Qeyd edək ki, bu ilin avqustunda Tibo Kurtuaya sol dizində ön çarpaz bağın qopması diaqnozu qoyulub. İndi Belçika millisinin futbolçusu bərpa prosesini ABŞ-dad davam etdirir. Bununla bağlı futbolçu NBA-da “Dallas Maveriks” matçında iştirak imkanı qazanıb. Xatırladaq ki, Donçiç 2015-2018-ci illərdə Madrid klubunda çıxış edib.